Tam versiya
Ana səhifə XƏBƏRLƏR Masazırdan Zəngilan şəhərciyinə hərəkət məhdudlaşdırılır
XƏBƏRLƏR

Masazırdan Zəngilan şəhərciyinə hərəkət məhdudlaşdırılır


Bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.       

Ekologiya.az “Qafqazinfo”--a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, buna səbəb yolda aparılacaq təmir işləridir: “Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.

Paylaş:
Tam mətni oxu →