• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Eyni anda dörd Günəş göründü: nadir optik hadisə kameraya düşdü

    03

    fev

    Eyni anda dörd Günəş göründü: nadir optik hadisə kameraya düşdü

    Sosial şəbəkələrdə yayılan videoda Alyaska ərazisində eyni anda dörd Günəşin göründüyü nadir atmosfer hadisəsi qeydə alınıb.

    Ekologiya.az xəbər verir ki, mütəxəssislər görüntülərin real olduğunu və bunun optik atmosfer fenomeni sayıldığını bildirirlər.

    İzahata görə, hadisə əsasən kəskin soyuq havalarda müşahidə olunur. Belə şəraitdə havada çoxlu sayda buz kristalları formalaşır və Günəş şüaları bu kristallardan keçərkən xüsusi bucaqlarla sınaraq bir neçə parlaq işıq nöqtəsi yaradır.

    Elm aləmində bu fenomen “parheliya” və ya “yalancı Günəşlər” adlanır. Adətən iki əlavə Günəş kimi görünən bu işıq ləkələri, uyğun hava və işıq şəraitində üç, hətta dörd nöqtə şəklində də müşahidə oluna bilər. Xüsusilə Günəş üfüqə yaxın olduqda effekt daha aydın görünüb.



    Tarix : 3-02-2026, 08:20 | Oxunub: 1 400