XƏBƏRLƏR
SON DƏQİQƏ
Masazır qəsəbəsində 2 km uzunluğunda avtomobil yolunun təmiri yekunlaşır
04 fevral 2026
09:20
1 352 baxış
Rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmirə ehtiyacı olan avtomobil yollarında kompleks tədbirlərin icrası davam etdirilir.
Ekologiya.az bildirir ki, bu çərçivədə Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda icra olunan əsaslı təmir işləri son mərhələdədir.
Qeyd edək ki, iki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir.