Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən bazarda və ətraf ərazidə güclü yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

FHN-nin yanğından mühafizə bölmələrinin ərazidə baş verən yanğına çevik müdaxilə edib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.