Azərbaycanda bazar yanır - Fövqəladə Hallar Nazirliyi məlumat yaydı
Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən bazarda və ətraf ərazidə güclü yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
FHN-nin yanğından mühafizə bölmələrinin ərazidə baş verən yanğına çevik müdaxilə edib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Paylaş:
Tam mətni oxu →