
Azərbaycanda yaxın 3 gün ərzində hava şəraitində mühüm dəyişiklik proqnozlaşdırılmır.
Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər zəif duman müşahidə ediləcəyi, axşam yağış yağacağı ehtimalı var. Ayın 7-də və 8-də isə Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Maksimal temperatur 8-11 dərəcə təşkil edəcək.
Gülşad Məmmədova deyib ki, bölgələrdə də yaxın günlər ərzində hava əsasən yağmursuz keçəcək. Fevralın 6-da, 7-də və 8-də maksimal temperatur Mərkəzi Aran rayonlarında 7-12, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.