• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gülşad Məmmədova: Fevralın 25-i gündüz saatlarında yağıntılarda fasilə gözlənilir

    23

    fev

    Gülşad Məmmədova: Fevralın 25-i gündüz saatlarında yağıntılarda fasilə gözlənilir

    Fevralın 24-25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli yağış proqnozlaşdırılır.Mülayim şimal-qərb küləyi əsəcək.Havanın maksimal temperaturu 7–10 dərəcə isti təşkil edəcək.


    Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

    O deyib ki, bölgələrdə fevralın 24-də arabir yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Fevralın 25-də gündüz saatlarında yağıntılarda fasilə gözlənilir. Havanın maksimal temperaturu Aran rayonlarında 8–13, dağlıq ərazilərdə isə 0–5 dərəcə isti olacaq.

    Tarix : 23-02-2026, 18:00 | Oxunub: 1 144