• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • AQTİ: Qida ilə təmasda olan əməkdaşlar gigiyenik təlimlərə cəlb edilməlidirlər

    09

    fev

    AQTİ: Qida ilə təmasda olan əməkdaşlar gigiyenik təlimlərə cəlb edilməlidirlər

    Qida təhlükəsizliyinin təmin edilməsində qida ilə birbaşa təmasda olan əməkdaşların şəxsi gigiyenası mühüm rol oynayır.

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, qida mənşəli zəhərlənmələrin əsas səbəblərindən biri məhz işçilərin gigiyenik qaydalara düzgün riayət etməməsidir.

    Bununla əlaqədar olaraq “Qida təhlükəsizliyi haqqında" Qanunun 22.1-ci maddəsinə əsasən, qida subyektlərinin qida məhsulları ilə birbaşa təmasda olan əməkdaşları mütləq şəkildə gigiyenik təlimlərə cəlb edilməlidirlər.

    Təlimlərin məqsədi qida ilə təmasda olan şəxslər tərəfindən fəaliyyətləri zamanı tətbiq etməli olduqları sanitariya-gigiyena qaydalarının tələblərini mənimsəməkdir.

    Qeyd edək ki, sahibkarlar işçilərin təlimini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri təşkil edə və ya bu məqsədlə ixtisaslaşmış təlim mərkəzlərinə müraciət edə bilərlər.

    Tarix : 9-02-2026, 18:55 | Oxunub: 1 352