• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ölkədə “Şuşa” parkı salınacaq

    12

    fev

    Bu ölkədə “Şuşa” parkı salınacaq

    Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkı salınacaq.

    Bu barədə Ekologiya.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan-Bolqarıstan hökumətləri və Veliko Tırnovo bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində parkın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

    “Şuşa” parkı layihəsinin iki ölkə arasında mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi qeyd olunub.

    Tarix : 12-02-2026, 12:05 | Oxunub: 1 008