Tam versiya
Ana səhifə XƏBƏRLƏR Polis Ağsuda ƏMƏLİYYAT KEÇİRDİ : Bakıya 9 kilo narkotik gətirən şəxs saxlanıldı
XƏBƏRLƏR

Polis Ağsuda ƏMƏLİYYAT KEÇİRDİ : Bakıya 9 kilo narkotik gətirən şəxs saxlanıldı


Ağsuda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən xəbərə görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 29 yaşlı Orxan Niftullayev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 9 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini və paytaxta aparmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
Tam mətni oxu →