Ağsuda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Ondan 9 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini və paytaxta aparmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.