XƏBƏRLƏR Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR 18-02-2026, 14:21 Ekologiya AMP "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.Bu barədə Ekologiya.az-a səhmdar cəmiyyətdən bildirilib.Qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-da yola düşəcək.Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Paylaş: Tam mətni oxu →