• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR

    18

    fev

    Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR

    "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

    Bu barədə Ekologiya.az-a səhmdar cəmiyyətdən bildirilib.

    Qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-da yola düşəcək.

    Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

    Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

    Tarix : 18-02-2026, 14:21 | Oxunub: 1 384