• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda yeni qanun qəbul edildi: Küçədə siqaret çəkənlər cərimələnəcək

    03

    mar

    Azərbaycanda yeni qanun qəbul edildi: Küçədə siqaret çəkənlər cərimələnəcək

    Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər son oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

    Ekologiya.az-ın məlumatına görə, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

    Qəbul olunan layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

    "Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Bu qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir.

    Tarix : 3-03-2026, 14:58 | Oxunub: 1 056