Ana səhifə›
XƏBƏRLƏR
›
Azərbaycanda yeni qanun qəbul edildi: Küçədə siqaret çəkənlər cərimələnəcək
XƏBƏRLƏR
Azərbaycanda yeni qanun qəbul edildi: Küçədə siqaret çəkənlər cərimələnəcək
Ekologiya
AMP
Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər son oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.Ekologiya.az-ın məlumatına görə, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.Qəbul olunan layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq."Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Bu qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir.