• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Novruzda neçə gün istirahət olacaq? - Rəsmi AÇIQLAMA

    10

    mar

    Novruzda neçə gün istirahət olacaq? - Rəsmi AÇIQLAMA

    Ramazan və Novruz bayramlarının eyni dövrə təsadüf etməsi bu il qeyri-iş günlərinin sayını artırıb.


    Ekologiya.az bildirir ki, Sfera.az məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb.


    Qurumun mətbuat üzrə məsul nümayəndəsi Solmaz Aydəmir sorğumuza cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi bayram günləri üst-üstə düşdükdə qeyri-iş günləri növbəti tarixlərə keçirilir.

     


    Onun sözlərinə görə, cari ildə Ramazan və Novruz bayramı günlərinin üst-üstə düşməsi ilə əlaqədar qeyri-iş günlərinin sayı artıb.


    Belə ki, 5 günlük iş həftəsi ilə çalışanlar üçün 31 mart tarixinədək ümumilikdə 11 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 28 mart tarixinədək ümumilikdə 8 gün qeyri-iş günü olacaq.


    Tarix : 10-03-2026, 15:06 | Oxunub: 1 120