• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda Bu Tarixlərdə İŞ OLMAYACAQ

    06

    fev

    Azərbaycanda Bu Tarixlərdə İŞ OLMAYACAQ

    Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.

    Ekologiya.az news24.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, ona görə də 25-26 mart tarixləri də qeyri-iş günü olacaq.

    İki gün (27-28 mart – cümə axşamı və cümə günləri) iş gününün ardınca 29-30 mart - şənbə-bazar günləri gəlir. Bazar günü – 30 mart həm də Ramazan bayramının ilk günüdür. Belə ki, bu il Ramazan bayramı 30-31 mart tarixlərində qeyd ediləcək. Buna görə də 30 mart bazar günü 1 aprel tarixinə keçiriləcək və 29 mart-1 aprel günləri də qeyri-iş günü olacaq.

    Beləliklə, 20 martdan 1 aprelə qədər yalnız 27-28 mart iş günləridir.

    Qeyd edək ki, qeyri-iş günlərinin ardıcılığını təmin etmək üçün adətən Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişdirir. Bu baxımdan 20 mart-1 aprel tarixlərinin ardıcıl qeyri-iş günü olacağı istisna edilmir.

    Tarix : 6-02-2025, 16:35 | Oxunub: 1 528