• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah 12 dərəcə şaxta olacaq, yağış yağacaq - PROQNOZ

    11

    mar

    Sabah 12 dərəcə şaxta olacaq, yağış yağacaq - PROQNOZ

    Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3 dərəcədən 5 dərəcəyədək, gündüz 7 dərəcədən 12 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3 dərəcədən 7 dərəcəyədək, gündüz 8 dərəcədən 13 dərəcəyədək, dağlarda gecə -7 dərəcədən -12 dərəcəyədək, gündüz -3 dərəcədən şaxtadan -2 dərəcəyədək olacaq.

    Tarix : 11-03-2026, 16:14 | Oxunub: 1 144