XƏBƏRLƏR Sabah 12 dərəcə şaxta olacaq, yağış yağacaq - PROQNOZ 11-03-2026, 16:14 Ekologiya AMP Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3 dərəcədən 5 dərəcəyədək, gündüz 7 dərəcədən 12 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3 dərəcədən 7 dərəcəyədək, gündüz 8 dərəcədən 13 dərəcəyədək, dağlarda gecə -7 dərəcədən -12 dərəcəyədək, gündüz -3 dərəcədən şaxtadan -2 dərəcəyədək olacaq. Paylaş: Tam mətni oxu →