• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Mayda 14 gün iş OLMAYACAQ

    13

    mar

    Mayda 14 gün iş OLMAYACAQ

    May ayında həftə sonları da daxil olmaqla 14 gün qeyri-iş günü olacaq.

    Ekologiya.az Operativ Media-ya istinadən xəbər verir ki, 9 May - faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyinə görə, mayın 11-i də qeyri-iş günü olacaq.

    Bu il Azərbaycanda Qurban Bayramı 27-28 may tarixlərinə təsadüf edəcək. Həmçinin 28 May - Müstəqillik Günü də qeyri-iş günü olduğuna görə, 29 may tarixində də iş olmayacaq.

    Bununla da, 9, 10, 11 may və 27, 28, 29, 30, 31 may tarixlərində ardıcıl qeyri-iş günləri olacaq.

    Beləliklə, həftə sonları da daxil olmaqla may ayında 14 gün qeyri iş günü olacaq.

    Tarix : 13-03-2026, 14:33 | Oxunub: 992