• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Təyyarə qəzaya uğradı: 6 heyət üzvü və xeyli sayda sərnişin həyatını itirdi

    01

    apr

    Təyyarə qəzaya uğradı: 6 heyət üzvü və xeyli sayda sərnişin həyatını itirdi

    An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.

     

    Ekologiya.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

     

    "Axtarış-xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - məlumatda vurğulanıb.

     

    Qeyd edək ki, təyyarənib qayaya çırpıldığı vurğulanır.

     

    Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir./axar.az

    Tarix : 1-04-2026, 10:54 | Oxunub: 720