• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İntensiv yağış yağacaq, dolu düşəcək - Aprelin 5-i ilə bağlı XƏBƏRDARLIQ

    04

    apr

    İntensiv yağış yağacaq, dolu düşəcək - Aprelin 5-i ilə bağlı XƏBƏRDARLIQ

    Aprelin 5-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Ekologiya.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var.

    Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

    Tarix : 4-04-2026, 14:02 | Oxunub: 2 400