Ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.


Ekologiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə təkrar müraciətində qeyd olunub.


 FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır: “Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.


Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”