Ana səhifə›
XƏBƏRLƏR
›
Şirvandakı zəhərlənmə ilə bağlı Baş Prokurorluğun MƏLUMATI
XƏBƏRLƏR
Şirvandakı zəhərlənmə ilə bağlı Baş Prokurorluğun MƏLUMATI
Ekologiya
AMP
Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.Bu barədə Ekologiya.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub",– məlumatda bildirilib.