• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şirvandakı zəhərlənmə ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

    08

    apr

    Şirvandakı zəhərlənmə ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

    Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

     

    Bu barədə Ekologiya.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.


    "Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub",– məlumatda bildirilib.

    Tarix : 8-04-2026, 20:34 | Oxunub: 1 368