• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər

    09

    apr

    DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər

    Britaniya Geoloji Xidmətinin məlumatına görə, bu gün, yəni aprelin 9-da maqnit qasırğası gözlənilmir və günəş küləyinin sürəti fon səviyyəsində qalmaqdadır.

    Ekologiya.az xəbər verir ki, artıq sabahdan etibarən vəziyyət dəyişəcək və geomaqnit sahəsində aktivlik artacaq.

    Proqnozlara əsasən, 10-11 aprel tarixlərində Günəşdəki koronal dəliyin təsiri nəticəsində günəş küləyinin güclənməsi gözlənilir ki, bu da G1 səviyyəli zəif geomaqnit qasırğasına səbəb olacaq.

    G1 səviyyəli qasırğalar zəif hesab olunur və texnologiyanın işinə demək olar ki, təsir göstərmir.

    Lakin bu təbiət hadisəsi meteohəssas insanlarda səhhətin bir qədər pisləşməsinə - baş ağrısı, yorğunluq və yuxu problemlərinə yol aça bilər. Musavat.com

    Землю накроет магнитная буря уже завтра


    Tarix : 9-04-2026, 11:20 | Oxunub: 680