• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qar, yağış, 20° isti - Sabahın havası

    14

    apr

    Qar, yağış, 20° isti - Sabahın havası

    Aprelin 15-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya.az  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-16° təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

    Tarix : 14-04-2026, 18:10 | Oxunub: 832