• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bazar günü 24 dərəcəyədək isti olacaq

    25

    apr

    Bazar günü 24 dərəcəyədək isti olacaq

    Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq

    Tarix : 25-04-2026, 14:56 | Oxunub: 600