• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Küləkli hava BU TARİXƏDƏK davam edəcək

    05

    fev

    Küləkli hava BU TARİXƏDƏK davam edəcək

    Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

    Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

    Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.

    Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.

    Tarix : 5-02-2024, 16:12 | Oxunub: 1 888