• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Qiyamət buzlağı” təhlükəsi: bu 6 ölkə xəritədən silinəcək

    04

    iyn

    “Qiyamət buzlağı” təhlükəsi: bu 6 ölkə xəritədən silinəcək

    Qərbi Antarktidada yerləşən Tuveyts buzlağının şelf buz baryeri artıq 2026-cı ildə dağılma təhlükəsi ilə üz-üzədir.

    Ekologiya.az xəbər verir ki, mütəxəssislərin fikrincə, buz kütləsinin itirilməsi dünya okeanının səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb ola bilər və bir sıra ölkələri risk altında qoya bilər.

    Təhlükə zonasında Böyük Britaniya, Niderland, ABŞ, Banqladeş, Tuvalu və Maldiv adaları göstərilir. Bundan əlavə, dəniz səviyyəsindən aşağı və ya alçaq yerləşən digər ada dövlətlərinin də su altında qalma riski artır.

    “Qiyamət buzlağı” adlandırılan Tuveyts buzlağında dünya okeanının səviyyəsini təxminən 0,6 metr qaldırmağa kifayət edəcək həcmdə buz ehtiyatı olduğu bildirilir.

    Alimlər buzlağın sürətlə əriməsini okean sularının temperaturunun yüksəlməsi ilə əlaqələndirirlər. Musavat.com

    Tarix : Bu gün, 10:34 | Oxunub: 400