Diplomatların əməkhaqlarının ödənilməsi qaydası dəyişir.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə aşağıdakılar daxildir
: - aylıq vəzifə maaşı;
- diplomatik rütbəyə görə əlavə haqq;
- təmsilçiliyə görə əlavə haqq; - xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq;
- əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələr (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.).
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.