• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ CAVAB

    08

    iyn

    Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ CAVAB

    Dünən yerli vaxtla saat 16:45-də Qobustan stansiyasından 22 km cənub-qərbdə, Şamaxı rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?

    Mövzu ilə bağlı Ekologiya.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir.

    "Zəlzələnin dəqiq proqnozu olmadığına və ərazimizin aktiv regionda olmasını nəzərə alaraq birmənalı şəkildə zəlzələ olacaq yoxsa olmayacaq?- kimi fikir söyləmək çətindir. Xırda təkanlar həmişə var. Maqnitudası 3 və 3 dən böyük olan zəif zəlzələlərin vaxtaşırı qeydə alınması isə ərazinin seysmikliyi ilə bağlıdır. Yəni zəif zəlzələlərin narahatçılığı yoxdur", - deyə o qeyd edib.Milli.az

    Tarix : Bu gün, 17:30 | Oxunub: 472