• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

    10

    iyn

    Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

    Builki mövsümdə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 813 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Təsərrüfatlarda artıq yaş tütün yarpağının yığımına start verilib. Mövsümün ilk günündə cəmiyyətin bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 17,9 ton yaş tütün kütləsi daxil olub.

    Bu barədə Ekologiya.az Səhmdar Cəmiyyətdən məlumat verilib.

    Bildirilib ki, kampaniyanın ilk günündə emal məntəqələri Balakən rayonu üzrə istehsalçılardan 8,8, Şəki rayonu üzrə 7, Zaqatala rayonu üzrə isə 2,1 ton yaş tütün kütləsi qəbul edib.

    Cəmiyyətdən verilən məlumata görə, bu il tütün istehsalı ilə əlaqədar 35 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkilən sahə 390,2 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən cari mövsümdə şimal-qərb bölgəsində 422,8 hektar sahədə tütün əkilib.

    Hazırda sahələrdə tütün yığımı ilə yanaşı, becərmə işləri də davam etdirilir, sahələr suvarılır, kultivasiya olunur.

    Tarix : Bu gün, 14:30 | Oxunub: 136