İyulun 1-də Türkiyənin müxtəlif rayonlarında bir sıra zəlzələlər qeydə alınıb.
Seysmoloqların məlumatına görə, ən güclü zəlzələ yerli vaxtla saat 09:31-də ölkənin şərqində baş verib. Onun episentri əhalisi təxminən 371 min nəfər olan Van şəhərindən təxminən 55 km cənub-qərbdə və Gevaş şəhərindən 26 km aralıda yerləşib. Zəlzələnin ocağı 7 km dərinlikdə qərarlaşıb. Mərkəzin məlumatına əsasən, sutkanın əvvəlindən bəri Türkiyənin müxtəlif regionlarında 20-dən çox yeraltı təkan baş verib. Digər zəlzələlərin maqnitudası 2,8-i keçməyib. Məlumatın dərc olunduğu vaxta qədər xəsarət alanlar və ya dağıntılar barədə heç bir məlumat daxil olmayıb.