Zaqatala rayonunda yağan intensiv yağışlar bir sıra fəsadlara səbəb olub.

Ekologiya.az xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib.

Güclü yağıntılar səbəbindən dağ çaylarında suyun səviyyəsi kəskin artıb, nəticədə Talaçaydan sel keçib. Hazırda çay boyunca güclü axın müşahidə olunur. Sel təsərrüfata və yollara böyük ziyan vurub.