Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, aparılan tədbirlər nəticəsində 7 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.