Ekologiya.az xəbər verir ki, həyata keçirilən dəyişikliklər çərçivəsində bir sıra rəhbər vəzifələrə yeni təyinatlar reallaşdırılıb.
Belə ki, islahatlar çərçivəsində Telman Hüseynov, Etibar Məhərrəmov və Azər Heybətliyə, o cümlədən, Azər Əliyevə yeni vəzifələr həvalə edilib.
Mənbələrin bildirdiyinə görə, islahatların bununla yekunlaşmayacağı, yaxın vaxtlarda digər struktur bölmələrini də əhatə edəcəyi gözlənilir.
Dəyişikliklərin əsas məqsədinin döyüş hazırlığının artırılması, qərarvermə prosesinin sürətləndirilməsi, kadr potensialının daha səmərəli istifadəsi və müasir hərbi idarəetmə prinsiplərinin tətbiqi olduğu qeyd edilir.
Son illərdə Azərbaycan Ordusunda aparılan modernləşmə prosesi yeni mərhələyə qədəm qoyur. İdarəetmə sisteminin yenilənməsi, peşəkar kadrların irəli çəkilməsi və strukturun müasir çağırışlara uyğunlaşdırılması Silahlı Qüvvələrin inkişaf strategiyasının mühüm istiqamətlərindən hesab olunur.
Qeyd edək ki, islahatların növbəti mərhələsində əlavə kadr dəyişikliklərinin və yeni struktur qərarlarının qəbul ediləcəyi də istisna olunmur./Bakıvaxtı.az/
Bildirilir ki, bu təyinatlar Müdafiə Nazirliyi sistemində idarəetmənin daha səmərəli təşkili, komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və strukturun optimallaşdırılması istiqamətində aparılan dəyişikliklərin tərkib hissəsidir.