Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qubada avtomobil ağaca çırpıldı, ölənlər var
XƏBƏRLƏR

Qubada avtomobil ağaca çırpıldı, ölənlər var


Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Paylaş:
Tam mətni oxu →