• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qubada avtomobil ağaca çırpıldı, ölənlər var

    12

    fev

    Qubada avtomobil ağaca çırpıldı, ölənlər var

    Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib.

    Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


    Tarix : 12-02-2024, 11:00 | Oxunub: 1 751