• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıxanov qəsəbəsi ərazisində baş verən yanğın qısa müddətdə söndürülüb

    15

    fev

    Bakıxanov qəsəbəsi ərazisində baş verən yanğın qısa müddətdə söndürülüb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.


    Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 80 kvadratmetr olan ikimərtəbəli obyektdə baş verdiyi müəyyən edilib.


    FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində obyektdə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


    Yanğın nəticəsində 1-ci mərtəbədə yerləşən avtoyuma məntəqəsinin yanar konstruksiyaları 40 kvadratmetr sahədə qismən, 2-ci mərtəbədə fəaliyyət göstərən çay evinin yanar konstruksiyaları isə 80 kvadratmetr sahədə yanıb.

    Obyektin qalan hissəsi və yaxınlıqda yerləşən yaşayış binası yanğından mühafizə olunub.

    Tarix : 15-02-2024, 10:36 | Oxunub: 1 617