• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Badamdarda ikimərtəbəli ev yandı- Video

    22

    fev

    Badamdarda ikimərtəbəli ev yandı- Video

    Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yanğın baş verib.

    Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində səkkizotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.

    Evin böyük hissəsi yanğından mühafizə olunub.

    Tarix : 22-02-2025, 18:25 | Oxunub: 1 864