Tam versiya
Ana səhifə XƏBƏRLƏR Paytaxtda bu il yol qəzalarında ölən və yaralananların sayı AÇIQLANDI
XƏBƏRLƏR

Paytaxtda bu il yol qəzalarında ölən və yaralananların sayı AÇIQLANDI


Bakıda bu il iki ay ərzində 62 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.

Paylaş:
Tam mətni oxu →