• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Paytaxtda bu il yol qəzalarında ölən və yaralananların sayı AÇIQLANDI

    05

    mar

    Paytaxtda bu il yol qəzalarında ölən və yaralananların sayı AÇIQLANDI

    Bakıda bu il iki ay ərzində 62 yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

    Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.

    Tarix : 5-03-2024, 11:55 | Oxunub: 1 682