• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA

    07

    mar

    Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA

    Martın 7-sinə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib.

    Bu barədə Trend-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakı, Sumqayıt, Maştağa, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gədəbəy, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Şəki, Qax, Balakən, Mingəçevir, Yevlaxda yağış, Daşkəsəndə isə qar yağır.


    Binə, Pirallahı, Sumqayıt, Çilov adası, Naftalan, Qobustan, Quba, Qusar, Tərtər, Mingəçevir, Göyçay, Bərdə, Beyləqan, Goranboy, Hacıqabul, Biləsuvar, Astara, Ağdam, Zərdabda duman müşahidə olunur. Görünüş məsafəsi 500-800 metrədək məhdudlaşıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da eləcə də, Aran rayonlarında 13, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək isti qeydə alınıb.

    Tarix : 7-03-2024, 18:59 | Oxunub: 69