• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi - Martın 27-dək...

    25

    mar

    SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi - Martın 27-dək...

    Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

    Bu barədə  nazirlikdən məlumat verilib.

    Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

    Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

    "Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

    Müraciətdə qeyd olunub ki, bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.







    Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi - Gövhər RzayevaVİDEO

     329  25.03.2024 15:20 A  A 

    "Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirdi. Səbəb isə əmisinin yerinə keçib onun sahib olduqlarına sahiblənmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitini Dnepr çayına atmışdırlar. Hərdən görürsən ki, dünya malı da insanın özünə düşmən olur".

    Bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

    Qarmon ifaçısı kürəkəninin qətlə yetirilməsindən danışıb:

    "Qızım Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Ora gedib, körpə nəvəmə baş çəkirdi. Kürəkənimin ailəsi həmin uşağın qalmamağını istədilər. Uşaq bir müddət sonra tələf oldu. Elə bil ki, kürəkənimin 40 günü olanda, nəvəmin çantanın içində meyitini evə gətirdilər.

    Kifir ol, amma bəxtin olsun. Gözəllik də hər zaman insana xoşbəxtlik gətirmir. Deyirlər ki, gözəl qızın və ya qadının başı hər zaman tüstülü olar. Qızım Ülkər ər və uşağının itkisindən dərin sarsıntı keçirdi. Onu bu vəziyyətdən çıxartmaq üçün pirlərə, Allah evlərinə apardım. Qızımı 17 yaşında ərə verdim. O uşaqikən ailə qurub. Evdə birinci gəlin o olub. Həyatdır, nə yatdı ki, nə də görsün". (Axşam.az)

    Şaffer: “Metsamor” AES-in istismarı təkcə region üçün deyil, Ermənistanın özü üçün də təhlükədir”

     221  25.03.2024 14:43 A  A 

    Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır.

    Bu barədə “Report”a “Naval postgraduate school”un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer bildirib.

    “Ermənistanın paytaxtı İrəvan yaxınlığında yerləşən “Metsamor” AES-in istismarı radiasiya təhlükəsizliyi, ekoloji problemlər və insan sağlamlığı üçün potensial təhlükələr yaradır.

    Türkiyə, Avropa İttifaqı və müxtəlif beynəlxalq təşkilatlar uzun müddətdir bu atom elektrik stansiyasının bağlanmasını istəyirlər.

    Bununla belə, 2024-cü ilin martında Ermənistanın Baş naziri Nikol Paşinyan “Metsamor” AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb.

    “İrəvandan cəmi 35 km aralıda yerləşən “Metsamor”da “Çernobıl” kimi qoruyucu qat yoxdur. Beləliklə, Çernobılda olduğu kimi, bu AES-də baş verə biləcək qəza asanlıqla irimiqyaslı çirklənməyə səbəb ola bilər. Təəccüblüdür ki, Ermənistanın özündə bu təhlükəli müəssisəni bağlamağa çağıran vətəndaşlar və təşkilatlar azdır”, - professor vurğulayıb.

    Şaffer xatırladıb ki, İrəvan Aİ ilə bütün tərəfdaşlıq sazişlərində atom stansiyasını bağlamağa hazır olduğunu bildirib, hətta bunun üçün vəsait də alıb, amma verdiyi vədləri yerinə yetirməyib.

    “Aİ-nin ali nümayəndəsi Borrell 2024-cü ilin fevralında Ermənistanın xarici işlər naziri Mirzoyan ilə görüşü zamanı Aİ-nin Ermənistana stansiyanı bağlamağa kömək etməyə hazır olduğunu bəyan edib. Aİ ölkələrinin qonşuluqda çox təhlükəli nüvə reaktorları hələ də işlədiyi halda Avropada müasir və yaxşı işləyən atom elektrik stansiyalarını bağlamasının nə mənası var onda?!”, - o əlavə edib.

    B.Şaffer Paşinyanın Ermənistanın AES-ə malik olmasının ölkənin suverenliyini simvolizə etməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Ermənistanın AES-ə texniki qulluq və yanacaq təchizatında 100 faiz Rusiya “Rosatom”undan asılı olduğunu nəzərə alsaq, bu zarafat kimi gəlir. Burada istehsal olunan elektrik enerjisinin paylandığı elektrik şəbəkələri də Rusiyaya məxsusdur”.

    Onun sözlərinə görə, son vaxtlar Ermənistan Rusiyadan asılılığını azaltmaq və Qərblə geniş əməkdaşlığı təmin etmək istəyindən danışır.

    “Metsamor” AES-in gücünün artırılması, əksinə, bu asılılığı daha da artıracaq. Vaşinqton və Brüssel Ermənistana Qərblə əlaqələrini dərinləşdirməyə kömək etməkdə ciddidirlərsə, onlar Moskvanın Ermənistanın strateji infrastrukturu, o cümlədən, bütün enerji infrastrukturu üzərində nəzarətinə son qoymağın yolunu tapmalıdırlar”, - o vurğulayıb.

    Professor hesab edir ki, Ermənistan da enerji ehtiyacını daha təhlükəsiz mənbələr hesabına ödəyə bilər, xüsusən də atom elektrik stansiyasının məhsulunun yarısının İrana ixrac olunduğunu nəzərə alsaq, ölkənin adambaşına düşən ehtiyacı isə sənayenin kiçik həcmlərinə görə çox azdır”.

    Yağış, leysan, dolu – Sabahın HAVASI

     395  25.03.2024 14:30 A  A 

    Mart ayının 26-da Azərbaycanda yağıntılı hava şəraiti müşahidə ediləcək.

    Musavat.com xəbər verib ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

    Martın 26-sı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

     896  25.03.2024 14:11 A  A 

    Martın 26-da Azərbaycanda havanın küləkli və yağıntılı olacağı, həmçinin çaylarda sululuğun artacağı ehtimal olunur.

    Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Sabah Bakıda və Abşeron yarımadasında gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

    Bildirilib ki, Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Gəncə-Qazax, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin 15-20 m/s, 26-sı gündüzdən 27-si gündüzədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir.

    Həmçinin çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

    Bağanis-Ayrım həqiqətləri: Diri-diri yandırılanlardan biri 39 günlük körpə olub - VİDEO

     809  25.03.2024 11:30 A  A 

    Qazaxın Bağanıs-Ayrım kəndi ötən əsrin sonunda ermənilərin Azərbaycan torpaqlarının işğal siyasətinin ilk qurbanı olan bir kənd kimi tarixə düşməklə yanaşı, həm də dünyanın ən böyük dəhşəti və faciəsindən birinin yaşandığı məkandır.

    Bu gün tarix sübut edir ki, Bağanıs-Ayrımda baş verənlər ermənilərin Azərbaycan torpaqlarında törətdiyi qətliamla yanaşı, analoqu olmayan bir faciə idi. Bu qətliamdan bizi 34 illik bir zaman kəsiyi ayırır. Belə ki, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər bağanıs-ayrımlılara amansız bir divan tutdular.

    Yaşlılara, qadınlara, uşaqlara belə aman vermədən, kənd gülləbaran edildi, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürüldü. Dünya ermənilərin görünməyən zülmünün, xüsusi qəddarlığının ilk dəfə məhz o gecə şahidi oldu.

    Musavat.com Azərtac-ın hazırladığı video-materialı təqdim edir:

    Şahdağa 31 sm qar yağıb, dağlarda şaxta olub - FAKTİKİ HAVA

     296  25.03.2024 11:07 A  A 

    Martın 25-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

    Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilıib ki, qar örtüyünün hündürlüyü Şahdağda 31 sm, Qrızda 3 sm, Qusarda 1 sm olub.

    Düşən yağıntının miqdarı Ağsuda 11 mm, Goranboy, Ağdamda 9 mm, Yevlaxda 8 mm, Zərdab, Mingəçevirdə 7 mm, İsmayıllı, Göyçay, Astara, Naftalanda 6 mm, Kürdəmir, Beyləqanda 5 mm, Yardımlı, Tərtər, Şəki, Oğuz, Xaltan, Lənkəran, Lerik, Qəbələ, Göygöl, Şamaxı, Bərdə, Cəfərxan, İmişli, Şahdağ, Quba, Qusar, Balakən, Şahbuz, Ordubad, Sədərək, Qrız, Qobustan, Zaqatala, Şərur, Culfa, Gədəbəy, Sabirabadda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

    Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Oğuz, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Balakən, Xaltan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 6 Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 0-3 dərəcə şaxta olub.








    notification icon
    Günün manşetlərini və ən çox oxunan xəbərlərini təqib etmək istərdinizmi?

    Tarix : 25-03-2024, 16:11 | Oxunub: 108