• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Martın 10 və 11 -də yağış intensivləşəcək, külək əsəcək - XƏBƏRDARLIQ

    08

    mar

    Martın 10 və 11 -də yağış intensivləşəcək, külək əsəcək - XƏBƏRDARLIQ

    Ölkə ərazisində yağış intensivləşəcək, güclü külək əsəcək.

    Bu barədə  Milli Hidrometerologiya Xidmətindən məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 9-u gündüzdən 11-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 10-da ayrı-ayrı yerlərdə yağıntının intensivləşəyi ehtimalı var.

    Azərbaycanın rayonlarında da martın 9-u axşamdan 11-i səhərədək bəzi yerlərdə arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Həmçinin martın 10-da ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

    Tarix : 8-03-2024, 17:23 | Oxunub: 132