Ana səhifə›
XƏBƏRLƏR
›
Astarada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var
XƏBƏRLƏR
Astarada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var
Ekologiya
AMP
Astarada ağır yol qəzası baş verib.“Report”un cənub bürosunun məlumatına görə, hadisə Astara şəhərinin Heydər Əliyev prospektində baş verib.Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü Əlizadə Tural aldığı xəsarətlərdən hadisə yerində ölüb.Avtomobildə olan sərnişin, Əsgərzadə Mehdi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Astara Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.