Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN ötən gün təhvil və aşkar edib götürdüyü silah-sursatın sayını açıqlayıb
XƏBƏRLƏR

DİN ötən gün təhvil və aşkar edib götürdüyü silah-sursatın sayını açıqlayıb


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, martın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı tapança, 1 qumbara, 4 tüfəng və 42 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.


Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 3 ədəd alışdırıcı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Paylaş:
Tam mətni oxu →