• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN ötən gün təhvil və aşkar edib götürdüyü silah-sursatın sayını açıqlayıb

    14

    mar

    DİN ötən gün təhvil və aşkar edib götürdüyü silah-sursatın sayını açıqlayıb

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, martın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı tapança, 1 qumbara, 4 tüfəng və 42 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.


    Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 3 ədəd alışdırıcı və 5 ədəd patron aşkar edilərək götürülüb.

    Tarix : 14-03-2024, 14:00 | Oxunub: 147