• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

    16

    mar

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Gürcüstanın baş nazirini Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşılayıblar.

    Ekologiya.az

    Tarix : 16-03-2024, 12:06 | Oxunub: 108